Tanınmış türkoloq, filologiya elmləri doktoru, tərcüməçi, jurnalist Ramiz Əskər (Ramiz Baxşəli oğlu Əskərov) ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı yanvarın 15-də sərəncam imzalayıb.
Qeyd edək ki, yanvarın 10-da Ramiz Əskərin 70 yaşı tamam olub. O, 2014-cü ildə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Ramiz Əskəri yubileyi və növbəti dövlət təltifi münasibətilə təbrik edirik.