“Xalq Bank”ın təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən “Xalq əmanəti” layihəsinin növbəti nəşri Xalq şairi Hüseyn Arifə həsr olunub. Bu günlərdə şairin seçilmiş əsərlərindən ibarət kitab nəfis tərtibatla 5 min tirajla çap olunub. Sentyabrın 2-də kitabın təqdimat mərasimi keçirildi. Ziyalıların, ədəbi ictimaiyyət nümayəndələrinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov açaraq Hüseyn Arifin yaradıcılığı haqqında məlumat verdi. Qeyd olundu ki, “Xalq Bank”ın maliyyə dəstəyi ilə nəşr olunmuş kitab Azərbaycan mədəniyyətinə bir töhfədir.
Mərasimdə Xalq şairi Nəriman Həsənzadə, tanınmış şairlər Çingiz Əlioğlu, İlyas Tapdıq, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı gözəl ədib, Vətəninin hər daşını, torpağını sevən böyük vətəndaş Hüseyn Arifin şəxsiyyətindən, əsərlərindən geniş bəhs etdilər. Çıxışlarda dönə-dönə vurğulandı ki, Hüseyn Arifin şeirləri heç vaxt aşıqların dilindən düşməyəcək, xatirəsi qəlblərdən silinməyəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Hüseyn Arif ailəsinin yaxını kimi “Seçilmiş əsərləri”n yenidən nəşrinə görə “Xalq Bank”a təşəkkürünü bildirdi, şairin ölməz əsərlərinin xalqın qəlbində həmişə yaşayacağını söylədi.
Tədbirdə Hüseyn Arifin şeirləri aktyorların ifasında səsləndikdən sonra şairin qızı Səhər xanım atasına göstərilən bu diqqət, ehtiram üçün “Xalq Bank”a, tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
68 il ömür sürmüş Hüseyn Arif (1924-1992) kəşməkəşli həyat yolu keçib. Böyük Vətən müharibəsində Ukrayna, Polşa, Çexoslovakiya, Almaniyada döyüşüb. Sonralar ADU-da və Moskvada - M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alan şair Azərbaycan Aşıqlar Birliyini yaradıb və 1984-cü ildən ömrünün axırına kimi birliyə rəhbərlik edib. Kitablarının ümumi tirajı 250 mindən çox olan şairin şeir və poemaları bir çox dünya xalqlarının dilinə tərcümə olunaraq işıq üzü görüb. Onun sözlərinə yazılmış mahnılar heç vaxt populyarlığını itirməyib. Yazdığı əsərlər Opera və Balet, Gənc Tamaşaçılar teatrlarında uğurla səhnəyə qoyulub. 1978-ci ildə o, Azərbaycan SSR-nin yeni himninin mətn müəlliflərindən biri olub və elə həmin il Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1989-cu ildə Xalq şairi fəxri adına layiq görülüb.
İradə