Eldar Aslanov: «Turizm sektorunda çalışanların əksəriyyətinin təhsili, təcrübəsi bizə bəlli deyil»
   
   İstirahət mərkəzinin normal fəaliyyəti üçün təkcə hotelin olması yetərli deyil. Orada çalışacaq kadrların yüksək ixtisaslı olması daha vacibdir. Turizm müəssisələrinin özülü atılanda orada işləyəcək kadrlar müəyyən edilməlidir. Bu fikri Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanov mətbuata açıqlamasında bildirib.
   
   Onun sözlərinə görə, ATİ rəhbərliyi dəfələrlə turizm obyektlərinə müraciət edərək işçiləri üçün treninq təşkil etmək istədiyini bildirib. Amma çox zaman bu təkliflərə müsbət cavab ala bilməyiblər: «Maraqlıdır ki, əsasən 5 ulduzlu hotellərdən treninq üçün müraciət edilir. Baxmayaraq ki, onların işə qəbul qaydaları xeyli sərtdir. Lakin onlar bizimlə daha çox əməkdaşlıq edir, əməkdaşlarının treninq keçməsi üçün çalışırlar. Aşağı ulduzlu, yaxud ulduzu olmayan istirahət mərkəzləri işçilərinin peşəkarlığının artırılmasına daha çox diqqət yetirməlidirlər. Turizm davamlı işdir. Hər bir turist bir reklamdır. Müsbət dəyişikliklər olsa da, qaneedici səviyyədə deyil».
   Prorektor bildirib ki, ATİ-nin bu vaxta qədər 725 nəfər məzunu olub: «Onların böyük əksəriyyəti məhz turizm sahəsində çalışır. Məzunlar cəmiyyətimiz tələbələrimizin harada işləməsi ilə bağlı qeydiyyat aparır, ona görə də biz tələbələrimizin sonrakı fəaliyyətini də izləyə bilirik. Qiyabi tələbələrimizin 99%-i turizm sahəsində çalışır. Amma rəsmi rəqəmlərə görə, ölkədə 7 mindən çox turizm sənayesi işçisi var. Bizim məzunlar isə bu işçilərin 10%-ni təşkil edir. Qalanlarının isə təhsili, təcrübəsi bizə bəlli deyil. Əlbəttə, xaricdə təhsil almış, təcrübədə püxtələşmiş kadrlar da var. Amma ümumilikdə bu sahəyə diqqət olmalıdır».
   Tələbələrin peşəkar kadr kimi yetişməsi məsələsinə toxunan Eldar Aslanovun sözlərinə görə, onlar müxtəlif istirahət obyektlərində, bu il isə Quba, Xaçmaz bölgələrində təcrübə keçirlər: «Bu yaxınlarda «Nabran» istirahət mərkəzində baş verən bədbəxt hadisə bizim üçün bir siqnal oldu ki, tələbələrimizin necə təcrübə keçməsini daha da diqqətli öyrənək. Əsas problemimiz odur ki, həmin obyektlər praktikaya göndərilən tələbələrin lazımi biliklər qazanması üçün səylər göstərmirlər. Lakin onlar çalışmalıdır ki, tələbə məzun olanda iş həyatına hazır olsun».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar