Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması prinsipləri haqqında kağız üzərində qalan razılaşmaları başa çatdırmaqda Ermənistana nəyin mane olduğunu bilmirəm. Amma yaxşı bilirik ki, Cənubi Qafqazda həmişə Qərbdən olan dostların “xoş məsləhətləri” olur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu yanvarın 18-də Rusiya diplomatiyasının 2023-cü il üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
XİN-in başçısı xatırladıb ki, nəqliyyat əlaqələrinin açılması məsələsi 2020-ci il 10 noyabr tarixli Bəyanatında əksini tapıb: “Bəyanatda deyilir ki, bütün nəqliyyat əlaqələri açılır və Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin edir. Bu nəqliyyat əlaqəsi üzərində nəzarəti isə Rusiya FTX-nin sərhəd orqanları yerinə yetirir”.
Sergey Lavrov bildirib ki, indi Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir və bu məsələ ilə bağlı ona kimsə məsləhətlər verir.