O doğulan gün böyük sovetlər ölkəsində matəm idi. SSRİ-nin rəhbəri Lenin vəfat etmişdi. Bəlkə də uzaq Moskvadan gələn bu xəbər hələ Şəkiyə gedib çatmamışdı. Hərçənd atası Qulam kişinin (bundan xəbərsiz olması ağlabatan deyildi. Üç il Şəki qəza partiya komitəsinin katibi işləmişdi...
Hər halda ölkə kədər içində, bolşevik Qulamın evində isə şadyanalıq idi. Qız övladı dünyaya gəlmişdi. O isə təkcə bir ailənin, el-obanın sevinci deyil, bütövlükdə Azərbaycanın, milli mədəniyyətimizin sevinc payı oldu. Həm də təkcə populyar mahnıların, müxtəlif janrlarda musiqi əsərlərinin müəllifi kimi deyil, Azərbaycanın (və müsəlman aləminin) opera yazmış ilk qadın bəstəkarı kimi də...
Yanvarın 21-də musiqimizin görkəmli simalarından biri, unudulmaz bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 100 illiyidir.