Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının tərəfdaşlığı ilə 13-14 yanvar tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Ümid – 2024" beynəlxalq incəsənət müsabiqəsi keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən A.Məlikov adına onbirillik 11 nömrəli Musiqi məktəbinin saz ixtisası üzrə II sinif şagirdləri Əkbər Məmmədli və Elnar Əzizli müsabiqədə uğurla çıxış ediblər.

Müsabiqənin “Solo” nominasiyası üzrə Əkbər Məmmədli I dərəcəli, Elnar Əzizli II dərəcəli laureat adına layiq görülüblər.
Hər iki laureatı müsabiqəyə müəllimləri Emil Nuriyev hazırlayıb.