Martın 18-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Caz axşamı” keçiriləcək.

Filarmoniyadan verilən xəbərə görə, bu səhnədə ilk dəfə tanınmış cazmen, Əməkdar artist Emil Əfrasiyab solo proqram təqdim edəcək.

Konsert caz-muğamın yaradıcısı, dünyaşöhrətli pianoçu, bəstəkar Vaqif Mustafazadənin (1940–1979) anadan olmasının 84-cü ildönümünə ithaf olunub.

***

Gəncə Dövlət Filarmoniyası musiqisevərlərə daha bir solo proqram hazırlayır.

Aprelin 21-də burada Xalq artisti, vokal ustası Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı konserti keçiriləcək. Xalq artisti Azər Zeynalov da Gəncədə ilk dəfə solo proqramla çıxış edəcək.

Hər iki konsertə biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək mümkündür.