Respublika elmi konfransı keçiriləcək

 

Azərbaycan Universiteti Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə magistr və tələbələrin “Yaşıl turizm: yeni imkanlar, yeni trendlər” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Aprelin 12-də təşkil olunacaq konfransın məqsədi Azərbaycanın müxtəlif universitetlərində, bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, peşə biliklərinin dərinləşdirilməsi və genişləndirilməsi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir.

Elmi konfrans “Yaşıl dünya naminə “yaşıl turizm”, “Qarabağ və Şərqi Zəngəzurda “yaşıl turizmin” formalaşması və inkişaf istiqamətləri”, “Azərbaycanda turizmin inkişafının aktual məsələləri” mövzuları olmaqla üç istiqaməti əhatə edəcək.

Konfransda iştirak magistr və tələbələrin tədqiqatçı bacarıqlarının formalaşması ilə yanaşı, respublikamızda yaşıl iqtisadiyyat və ekoloji turizmin inkişafı üzrə elmi, dövlət və ictimai əhəmiyyət kəsb edən problemlərin həlli yollarının tapılması üçün müzakirələr aparılmasına kömək edəcək. 

Elmi tədbir haqqında daha ətraflı məlumatı https://au.edu.az/az/conferences/yasil_turizm_yeni_imkanlar_yeni_trendler linkinə keçid etməklə əldə etmək mümkündür.