Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinə həsr edilmiş filmin təqdimatı olub.
Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Bir səfərin izi ilə – Yaponiya” sənədli filmi bu silsilədən ilk ekran əsəridir.
Filmin ideya müəllifi tanınmış səyyah və jurnalist Azər Qəribdir. Yaradıcı heyətə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğlu daxildir.
Azər Qərib bildirib ki, film Heydər Əliyevin səfərinin qeyri-rəsmi tərəflərini əks etdirir. Çəkilişlər Tokio və Kioto şəhərlərində aparılıb. Tamaşaçı səfərin qeyri-rəsmi anlarına nəzər salmaqla Yaponiyanın bu iki tarixi şəhərində səyahətə çıxır.
Müəllif qeyd edib ki, layihə çərçivəsində Heydər Əliyevin digər səfərləri barədə də oxşar mövzuda filmlər lentə alınacaq. Layihə “Azərbaycan Hava Yolları” QSC-nin baş sponsorluğu ilə həyata keçirilir.