«Hazırda Azərbaycanın turizm müəssisələrinin böyük əksəriyyətində növbəti ay üçün yerlər bronlaşdırılıb. Bu isə o deməkdir ki, mövcud qiymətlər vətəndaşların imkanlarına uyğundur». Bu fikri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
   Nazir turizm obyektlərində aparılan monitorinqlər, mövsümə hazırlıq və mövcud nöqsanlar barədə də danışıb. Onun sözlərinə görə, turizm müəssisələrində nöqsanlar var və problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilir: «Monitorinqlərdə sanitar normalara əməl olunması, xidmətin keyfiyyətinin yüksəldilməsi, xidmət çeşidinin artırılması və sair məsələlərə diqqət yetirilir. Bir sıra obyektlərdə ikinci dəfə aparılan monitorinqlər zamanı məlum olub ki, onlar qonaqları qəbul etməyə hazırdırlar. Ancaq elə obyektlər var ki, onlara daha böyük diqqət lazımdır. Turizm obyektlərində müxtəlif xidmətlər olmalı, müxtəlif turlar təşkil edilməlidir. Bu istiqamətdə turizm müəssisələrinə müvafiq köməklik göstərilir, tövsiyələr verilir”.

  Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar