Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Victory Tour» turizm şirkətinin təşkilatçılığı ilə iyunun 22-23-də Azərbaycanın cənub bölgəsinə “Kulinariya turu” təşkil ediləcək. Bu, şirkətin həyata keçirdiyi «Explore Azerbaijan» layihəsi çərçivəsində növbəti səfərdir. Ötən il bu qəbildən birinci infotur şimal istiqamətində - Quba rayonunda gerçəkləşmişdi. Bu dəfə isə KİV nümayəndələri və turizm şirkətləri əməkdaşları Masallı və Lənkəran şəhərlərinə səfər edəcəklər.
   «Victory Tour» turizm şirkətindən verilən məlumata görə, turların yaradılmasında əsas məqsəd turistləri Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da Azərbaycanın qədim tarixini və mədəniyyətini nümayiş etdirməkdir.
   Turun maraqlı xüsusiyyətlərindən biri də odur ki, iştirakçılar milli mətbəximizin təamlarını dadmaqla yanaşı, onların hazırlanma texnologiyaları ilə tanış olur, aşpazların köməyi ilə müxtəlif xörəkləri hazırlamaq imkanı da əldə edirlər. 

  Fəxriyyə
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar