Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, «Odlar Yurdu» Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə «Turizmin inkişafı və gənclər» mövzusunda birinci Azərbaycan forumu keçirilir. Forumun məqsədi ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır.
Layihənin sonunda gənclər turizm şirkətlərində təcrübə keçəcək, təşkil olunacaq panellərdə peşəkar ekspertlərin təcrübələrini dinləyəcək, yeni informasiyalar əldə edəcəklər.
Respublikamızın müxtəlif bölgələrindən 100-dək gəncin iştirak etdiyi tədbirin gedişində Gəncənin görməli yerlərinə - Nizami Gəncəvinin məqbərəsinə, Cavad xanın türbəsinə, şəhər tarix-diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil ediləcək.
Fəxriyyə Abdullayeva