Yanvarın 24-də Füzuli şəhərinə növbəti köç həyata keçirilib. Bakı şəhərinin Qaradağ rayonundan yola salınan 30 ailə (125 nəfər) öz yurduna qovuşub.
Ailələr qarşılandıqdan sonra onlara mənzillərinin açarları təqdim olunub. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Bununla da Füzuli şəhərində ümumilikdə 470 ailənin (1750 nəfər) daimi məskunlaşması təmin edilib.