İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

“Azərpoçt” MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bunu ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib. Onun sözlərinə görə, hazırda Xankəndi poçt filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəranda poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi ilə bağlı işlər görülür.

İ.Mustafayev diqqətə çatdırıb ki, 2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində, 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.