Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir. Layihə çərçivəsində Maştağa qəsəbəsindəki Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində tanınmış müğənni, Əməkdar artist Lalə Məmmədova ilə görüş keçirilib.
Əvvəlcə “Aysel” rəqs qrupunun ifası təqdim olunub.
Sonra aparıcı müğənnini səhnəyə dəvət edərək onun haqqında məlumat verib.
Lalə Məmmədova repertuarından “Bu şəhər ikimizə dar”, “Əsmərim”, “Azərbaycan”, “Gözümdə Leylisən” kimi sevilən mahnıları səsləndirib.
Sonda müğənni tamaşaçıların suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirilib.
***
Əli Əmirov adına Lökbatan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivədə müğənni Aynur Dadaşova ilə görüş təşkil edilib. Müğənni repertuarından mahnılar ifa edib, tamaşaçıların suallarını cavablandırıb.