М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yanvarın 24-də Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub.

Bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist İrina Mehdiyeva (cembalo) çıxış edib.

Proqramda A.Corellinin “Concerto Grosso” (op.6), J.S.Bachın “Cembalo konserti” (f-moll BWV 1056), A.Vebernin “Langsamer Satz”, D.Şostakoviçin “Kamera simfoniyası” (op.110) və S.Prokofyevin "Anilər" silsiləsindən 3 nömrə (op.22) səsləndirilib.