Bakıdakı Rus evində azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Həyata baxışım rəng çalarlarında” adlı fotosərgisi açılıb. Sərgidə rəssamın 20 əsəri nümayiş olunur.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, sərgidə nümayiş olunan işləri rəng çalarlarının vasitəsilə psixoloji vəziyyətin və həyat şəraitinin qavrayışının ötürülməsi ideyası birləşdirir.
Fotosərgi - qeyri-bərabər ritmi və gözlənilməzlik elementləri ilə həyata parlaq baxış yaratmaq cəhdidir. Aydın Mehdiyev kadrlarında cismi təsvirdən qaçaraq qeyri-cismi duyğulu rəng boyanmasına üz tutur. Spektrin rəng çalarlarını çərçivədə elə şəkildə tutmağa çalışır ki, gözdə optik qarışıqlar əmələ gəlir və bu canlı qarışıqlar parıldayır, işıq kimi titrəyir, boyalar vahid kompozisiyalarda maraqlı şəkildə birləşir.
Sərgini hər kəs ziyarət edə bilər.