«Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi iyul ayı ərzində 14 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə lisenziya verib. Bakı şəhərində yerləşən «ASKAR», «Business Palace», «Excelsior Hotel Baku», «Montenegro İnn» mehmanxanaları, «SƏMA» qonaq evi, «Vulkan» moteli, Zaqatala rayonundakı «Göyçə» moteli, Şamaxı rayonundakı «Dağlar qoynunda» istirahət mərkəzi, Xaçmazda yerləşən «Mirvari» istirahət mərkəzi, «Green Ville» istirahət kompleksi, «Orman» istirahət mərkəzi, Şəkidəki «Küngüt» istirahət mərkəzi, Masallı rayonundakı «Viləş Palace» mehmanxanası, Ağstafa şəhərində yerləşən «GÜLÜL» qonaq evi lisenziya ilə fəaliyyət göstərəcək.
   Bununla yanaşı, «CTF» firmasına mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar