Martın 15-də Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, bəstəkar Nizami Əliyev “Baharın gəlişi” adlı solo konserti keçiriləcək.

Bahar ovqatlı konsert proqramında yeni əsərlərlə yanaşı, bəstəkar və xalq mahnılarımız yeni improvizasiyalarla təqdim olunacaq.

Gecədə peşəkar ifaçının müəllifi olduğu kompozisiyalarla bərabər, “Vaqif xatirəsi”, “Bağ mövsümü”, “Odlar yurdu” əsərləri, müxtəlif janrlar üzərində gəzişmələr tamaşaçılara xoş əhval bəxş edəcək.

Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin ad günü (16 mart) ərəfəsində təqdim olunan konsert həm də musiqiçinin xatirəsinə ehtiramın ifadəsidir.

Özünəməxsus ifa tərzi ilə seçilən pianoçu Nizami Əliyev yaradıcılığında milli və caz kompozisiyalarına üstünlük verir. Onun bir-birindən maraqlı aranjimanla təqdim etdiyi milli rəqslər, xalq mahnılarımız musiqisevərlər tərəfindən hər zaman böyük rəğbətlə qarşılanır.