Ağdam rayon Mədəniyyət Mərkəzinin (Quzanlı qəsəbəsi) tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evi, kənd kitabxanası, Rzalar kənd klubu və kitabxanasının birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad edilib.
Çıxışlarda Gənclər Gününün yaranması və onun əhəmiyyəti haqqında danışılıb. Tədbirin sonunda şagirdlər əlamətdar günə həsr olunmuş şeirlər söyləyiblər.
***
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və rayon Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “İnkişafa aparan yolda gənclərin həmrəyliyi” mövzusunda tədbir keçirilib. Çıxış edənlər ölkəmizin hərtərəfli inkişafında gənclərin danılmaz rolunun olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiklərini bildiriblər. Bu gün ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində davamlı işlər görülür.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Nurəddin