Sumqayıt Dövlət Dram Teatrının direktor vəzifəsinə təyinat olub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Samir Şəfiyev bu vəzifəyə təyin edilib.

Samir Nizaməddin oğlu Şəfiyev 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində anadan olub. 1999 – 2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb. 2006 – 2009-cu illərdə Sumqayıt teatrında rejissor assistenti və rejissor vəzifələrində işləyib. 2012-ci ildən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət evinin, 2015-ci ildən isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.