Azərbaycan Gəncləri Günü münasibətilə Bakıdakı Rus evində bayram konserti təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildiriblər ki, istedadlı insanlar səhnədə parlaq çıxışları ilə tamaşaçıları sevindiriblər. Tədbirin qonaqları səsləndirilən milli və klassik musiqidən, rəqs, şeir ifalarından zövq alıblar.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan olunub. Həmin vaxtdan bu tarix ölkəmizdə təntənəli şəkildə qeyd edilir.
Tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Gənclərin töhfəsi” və “Peşə Təhsilinin İnkişafı və Məşğulluğa Dəstək” ictimai birlikləri tərəfindən Bakıdakı Rus evinin dəstəyi ilə təşkil olunub.