Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncləri iftixarımızdır” adlı tədbir keçirilib.

2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə rəsmilər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirə abidəsini ziyarət edib, sonra mərkəzin muzey bölməsi ilə tanış olublar.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Qeyd edilib ki, bu əlamətdar gün Ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib. Məhz Ümummilli liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin mükəmməl qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həlli istiqamətində böyük işlər görülüb.

Sonra “Heydər Əliyev və Azərbaycan gənclər siyasəti” adlı mühazirə dinlənilib və Azərbaycan Gəncləri Gününə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib, rəqslər ifa olunub. Məktəbin gənc rəssamlarının əl işlərindən ibarət sərgi təqdim edilib.