2 fevral – Azərbaycan Gəncləri Günü  münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə müxtəlif tədbirlər keçirilib.

Bayram münasibətilə elan olunan "açıq qapı" çərçivəsində muzeyləri ziyarət edənlər arasında gənclər daha çox olub.

Gənclər Günü ilə əlaqədar Hüseyn Cavidin Ev-Muzeyində “Gənclər arasında Hüseyn Cavid irsinin təbliği” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib. Dahi şair və dramaturqun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən ətraflı bəhs olunub.