Paytaxtda fəaliyyət göstərən 106 və 139 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Əvvəlcə kollektivlər mərkəzlə tanış olub. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövründə vətən və xalq qarşısında misilsiz xidmətləri barədə məlumat verilib.

Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda mühazirə dinlənilib. Mühazirədə Ulu öndərin ölkəmizdə gənclərə diqqət və qayğısından bəhs olunub, dövlət gənclər siyasətinin bəhrələrindən danışılıb.