Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki rayon komitəsinin dəstəyi ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Mən həmişə gəncəm – 2” adlı intellektual-əyləncəli yarışma keçirilib.

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin rejissoru Elvin Nüsrətoğlunun müəllifi və aparıcısı olduğu bilik yarışına 6 rayonun mədəniyyət müəssisələrini təmsil edən “Şəki”, “Oğuz”, “Qəbələ”, “Qax”, “Zaqatala” və “Balakən” komandaları qatılıblar.

“Şəki” komandası yarışın qalibi olub. Komandanın bir üzvü həm də “Lider mən” nominasiyası üzrə qalib adını qazanıb.

Qalib komandanın üzvlərinə Şəki-Zaqatala RMİ və MİHİ Şəki rayon komitəsinin fəxri fərmanları təqdim edilib.