Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Zirə qəsəbə Mədəniyyət Mərkəzində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılıb və bu istiqamətdə yeni islahatlar həyata keçirilir.
Bədii hissədə Badamdar qəsəbə Mədəniyyət evinin solistləri, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin solisti, xanəndə Ədilə Əliyeva və "Ay" rəqs qrupu çıxış ediblər.
Sonda gənc ifaçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim olunub.