Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbində "Gənclər Vətənin işıqlı sabahıdır" adlı konsert proqramı təqdim olunub.

Musiqi axşamını idarə müəssisələrin rəhbərləri, mədəniyyət işçiləri və digər qonaqlar izləyiblər.

Konsertdə məktəbin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri və müəllimlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Musiqi nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.