Azərbaycan Turizm Assosiasiyası (AzTA) Volqa çayı üzərində yeni turizm marşrutunun yaradılmasını və turistlər üçün bu çay boyunca gəzintinin təşkilini təklif edib. Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, bu təklif artıq Rusiyanın Həştərxan Şəhər Gəmiçilik İdarəsinə bildirilib və onun reallaşması üçün danışıqlar aparılır. Layihəyə görə, turistlər 18 gün ərzində gəmi ilə Həştərxandan Moskvaya (Moskva çayı ilə) qədər gedə və geri qayıda bilərlər: «Bu, Volqa çayı üzərində gözəl bir səyahət olar. Bu barədə danışıqları bir müddət əvvəl Həştərxan Gəmiçilik İdarəsi ilə aparmışdıq. İndi biz bu danışıqları bərpa etmişik».
M.Ağakərimov deyir ki, hazırda əsas məsələlərdən biri bu marşrut üzrə xidmətin qiyməti ilə bağlıdır: «Bizim fikrimiz belədir ki, öncədən gəmi icarəyə götürməyək. Əvvəlcə turist qrupları təşkil edək. Əgər bu səfər turistlərin xoşuna gəlsə və maraq artsa, ondan sonra gəmi icarəyə götürə bilərik».
M.Ağakərimov bildirib ki, Azərbaycandan Gürcüstanın Batumi şəhərinə səfərlər də əvvəlcə kiçik qruplarla təşkil olunub. Bu səfərlərin nəticəsində artıq Azərbaycan turistlərinin Batumiyə marağı artıb.