Fevralın 6-da Türkiyənin İstanbul şəhərində Çağlayan məhkəməsinin qarşısındakı nəzarət-buraxılış məntəqəsinə terror hücumu olub.

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, məhkəmə binasının nəzarət-buraxılış məntəqəsinə silahlı hücum cəhdi yerli vaxtla saat 11:46-da (Bakı vaxtı ilə 12:46) qeydə alınıb.

Hadisə yerində 1-i qadın və 1-i kişi olmaqla iki terrorçu polıs qüvvələri tərəfindən zərərsizləşdirilib. 3-ü polis, 3-ü mülki vətəndaş olmaqla 6 nəfərin yaralandığı, həmçinin 1 terrorçunun yaralı olaraq yaxalandığı bildirilir. Daha sonra yaralılardan birinin xəstəxanada öldüyü xəbər verilib.

Daxili işlər naziri Yerlikaya zərərsizləşdirilən terrorçuların DHKP/C terror təşkilatının üzvü olduqlarını bildirib.