Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinə orta məktəblərin kollektivlərinin ekskursiyaları təşkil olunur.

Paytaxtdakı 139 və 166 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri Qaradağ rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Əvvəlcə ziyarətçilərə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verilib.

Sonda qonaqlar mərkəzin böyük zalında “Qaraca qız” (1966, rejissor Şamil Mahmudbəyov) bədii filmini izləyiblər.