Bu il Dövlət Pantomima Teatrının yaranmasının 30 illiyidir. Yubiley münasibətilə mimçilər teatrsevərlərə ötən bu illər ərzində repertuarlarında olan maraqlı səhnə nümunələrindən çələng hazırlayırlar.
May ayına nəzərdə tutulan tədbirdə tamaşaçılar köhnə-yeni mimçiləri bir səhnədə görmək imkanı qazanacaqlar.
Teatrda paralel olaraq yeni tamaşanın məşqi də gedir. Sənət ocağının bədii rəhbəri və baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadə öz ənənəsinə sadiq qalaraq tam hazır olmayınca tamaşa barədə danışmasa da, onun yubiley ilinə töhfə olacağını dedi.