Rus Evində BMA yetirmələrinin konserti

 

Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – RİMM) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın sinfinin “Gənc istedadların musiqi dünyası” adlı konserti təşkil olunub.

Tədbiri Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov açaraq iştirakçıları salamlayıb.

Tədbirin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina musiqi sənətinin inkişafının müxtəlif mərhələlərinin xüsusiyyətlərindən, eləcə də konsertdə səsləndiriləcək əsərlərdən söhbət açıb.

Konsertdə Əməkdar artist Rəna Əliyeva, Akademik Opera və Balet Teatrının solisti Adil Axundov, beynəlxalq müsabiqələr laureatları Rəvan Mustafazadə, Namiq Səlimov, Fuad Əfəndiyev, Elşən Məmmədovun, eləcə də Könül Hüseynovanın sinfinin tələbələri – beynəlxalq müsabiqələrin laureatları Gülnar Ağayeva, Nurel Kərimova, Zəminə Kərimova, Nərminə Mürşüdzadə, Fidan Əmirova, Nəzrin Qulamova, Elvinə Yəhyayeva, Aysel İbrahimli, Tasura Hüseynova, Rasimə Abdullayeva, Fidan Yunus, Səkinə Quliyeva, Şəms Əskərova və Sara Mustafayeva çıxış ediblər.