Dünya Turizm Təşkilatı Baş Assambleyasının son sessiyasında Meksikanın 2014-cü, Burkina-Fasonun isə 2015-ci il sentyabrın 27-də Dünya Turizm Gününə rəsmi təşkilatçılıq edəcəkləri elan olunub.
   2014-cü ildə Dünya Turizm Gününün mövzusu «Turizm və icmanın inkişafı», 2015-ci ildə isə «Bir milyard turist - bir milyard imkan» olacaq.
   Hər il sentyabrın 27-də keçirilən Dünya Turizm Günü turizm sahəsində ən böyük hadisədir. Məqsəd dünya ictimaiyyətinin diqqətini turizmin sosial, mədəni, siyasi və iqtisadi əhəmiyyətinə cəlb etməkdir.
   Bu il Maldiv adalarında keçiriləcək Dünya Turizm Gününün mövzusu isə «Turizm və su resursları: ümumi gələcəyimizin qorunması»dır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar