Martın 6-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslının (1902–1983) 115 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçiriləcək.
AMEA-dan bildirilib ki, konfrans “Həmid Araslı – Azərbaycan ədəbiyyatı tarixi, klassik ədəbi irs, “Kitabi-Dədə Qorqud” dastanı”, Həmid Araslının nizamişünaslıq, folklorşünaslıq, mətnşünaslıq fəaliyyətləri” bölmələri üzrə təşkil olunacaq.
Konfransda iştirak etmək istəyənlər məqalələrini fevralın 25-dək aynurenagiyeva24@gmail.com ünvanına göndərməlidirlər. Konfransın materialları PDF formatında AMEA-nın Gəncə Bölməsinin saytında yerləşdiriləcək.
Elmi-praktik konfrans haqqında daha ətraflı məlumat və məqalələrin tərtibat qaydaları ilə AMEA-nın və Gəncə Bölməsinin saytında tanış olmaq mümkündür.