Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti Nisə Qasımova ilə görüş keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Aparıcı görkəmli müğənninin həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən, uğurlarından bəhs edib.

Görüş zamanı Nisə Qasımova repertuarında yer alan və sevilən “Dünya gözəllərim”, “Sənin eşqin”, “Səni görüm gərək”, “Yada düşəndə”, “Gözlərinə göz dəyər”, “Sənsən həyatım” mahnılarını ifa edib.

Sənətkarın çıxışı alqışlarla qarşılanıb.