Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Xalq artisti Fuad Osmanov 60 illik yubileyini tamaşaçıları ilə qeyd edəcək.
Martın 16-da özünün quruluş müəllifi və baş rol ifaçısı olduğu “Rok-n-rollun qürub çağı” tamaşasının premyerası ilə teatrsevərlərin görüşünə gələcək.
Musiqili tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Federov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, xoreoqrafı Mariya Dubovitskayadır.
Tamaşa rəqs studiyasında təsadüfən tanış olan ortayaşlı insanlar və onların münasibətlərindəki natamamlıq və bu fonda baş verən komik hadisələrdən bəhs edir.
Lirik komediyada qəhrəmanların intizar, səbirsizlik, ümid, özünəvurğunluq və əminlikləri və bunun sayəsində tənhalığa məhkum olmaları ön plana çəkilir.