2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib.
Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası fevralın 11-də növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib. Seçkilərin nəticələrinə dair protokol müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilib.