Füsunkar təbiəti, zəngin keçmişi, tarixi abidələri ilə tanınan qədim Şamaxıya son illər turistlər daha böyük maraq göstərirlər. 
   Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, turizm potensialı yüksək olan bölgələrə diqqət və qayğı bu bölgədə də uğurlu nəticələr verməkdədir.
   Bu ilin 8 ayında Şamaxıya 57420 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizədək çoxdur. Rayonun “Gülüstan”, “Qaleyi Bəyqurd” kimi möhtəşəm qalalarına, Kələxana, Yeddi Gümbəz abidələrinə, Cümə məscidinə, Şamaxı Astrofizika Rəsədxanasına böyük maraq bu diyara həm də xarici turistlərin axınını gücləndirib. Cari ilin ötən müddətində bölgəyə 9650 nəfər xarici turist gəlib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.
   Rayonda 25 istirahət mərkəzi var. “Göy qurşağı”, “Dədə Qorqud”, “Qızıldaş”, “Şirvansaray”, “Dağlar qoynunda” kimi müasir standartlara cavab verən istirahət mərkəzlərində turistlər üçün hər şərait yaradılıb.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar