Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı 38 nömrəli tam orta məktəbdə “Mübariz dastanı” adlı tədbir keçirib.

Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhid Milli Qəhrəman Mübariz İbrahimovun həyat yolundan danışıb, onun dillərə dastan şücaətindən danışıblar.

Tədbirdə şair Nazlı Yazar müəllifi olduğu “Mübarizim” poemasını səsləndirib, müğənni Aybəniz Çələbi “Unutmaq olarmı sizi, şəhidlər” mahnısını ifa edib. Şagirdlər isə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.