Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına, bütövlükdə dünya ədəbiyyatına töhfələr verən qüdrətli söz sənətkarıdır. O, anadilli poeziyamızın mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Ədəbiyyat tariximizdə yaranan ikinci ən böyük ədəbi məktəb də məhz onun adı ilə bağlıdır.

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə aprelin 5-də Şamaxı şəhərində “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda elmi konfrans keçiriləcək.

Elmi konfrans Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncamına əsasən təşkil olunacaq.

İştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 20 mart tarixinədək fuzuli530@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Nurəddin