Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəal üzvlərindən ibarət nümayəndə heyəti sentyabrın 5-dən 12-dək Polşanın Krakov şəhərində beynəlxalq “Gəncliyə çağırış” (“Youth challanged”) layihəsində iştirak edəcək.
   Qurumun mətbuat xidmətindən bildiriblər ki, ölkəmizin nümayəndə heyətinin tərkibinə Azərbaycan Texniki, Bakı Slavyan, Dövlət Mədəniyyət və İncəsənət universitetlərinin tələbələri daxildirlər. Layihədə Almaniya, İtaliya, Polşa, Belarus, Malta və Gürcüstan da təmsil olunacaq.
   Beynəlxalq tədbirdə iştirakçılar ətraf mühit məsələləri və iqlim dəyişikliyi, sosial təcrid, mədəniyyətlərarası dialoq, nəsillərarası həmrəylik və digər qlobal məsələlər ətrafında müzakirələr aparacaqlar. Sonda layihə iştirakçılarına “Youthpass” sertifikatları veriləcək.
   Nümayəndə heyətimiz layihə çərçivəsində “Azərbaycan gecəsi” təşkil edəcək. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti iştirakçı ölkələrə təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar