Bu payız mövsümündə «Iteca Caspian» MMC və onun tərəfdaşı - «ITE Group plc» şirkəti paytaxtımızda 9 sərginin keçirilməsini planlaşdırıb. «Iteca Caspian»dan verilən məlumatda bildirilir ki, Azərbaycanda mövcud olan əlverişli iqtisadi şərait, təşkil olunan sərgilərin formatı xarici şirkətlərin bu tədbirlərə marağını artırır.
   Artıq altı ildir ki, «BIHE», «BakuBuild» və «Bakutel» kimi ən böyük payız sərgiləri «UFI» - Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür. «Iteca Caspian» şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı «SafeLife» şirkətidir. Sərginin rəsmi hotelləri qismində «Jumeirah Bilgah Beach və «Qafqaz Point», rəsmi turoperatoru qismində isə «Greenwich Travel Club» şirkəti çıxış edir.
   Qeyd edək ki, builki sərgi mövsümünü 4-6 oktyabr tarixində «JW Marriott Absheron” mehmanxanasında keçiriləcək 7-ci Azərbaycan Beynəlxalq «Təhsil və Karyera» sərgisi açacaq.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar