Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı fevralın 15-də 38 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirib.
“Təbiəti birlikdə qoruyaq” adlı tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub.
Çıxışlar zamanı ətraf mühiti, ana təbiəti qorumağın vacibliyi vurğulanıb, bununla bağlı tövsiyələr verilib. Bildirilib ki, respublikamızda ekoloji mühitin qorunması sahəsində dövlət tərəfindən ardıcıl addımlar atılır.
Sonra şagirdlər məktəbin həyətyanı sahəsində abadlıq işləri aparıb, tinglər əkiblər.