3600 avro pensiya alır, zibillikdə eşələnir

 

Almaniyada zibillikləri dolaşan və əsasən burada tapdıqları ilə dolanan 80 yaşlı təqaüdçü 700 min avroya qənaət edib və üst-üstə 10 mənzil almağı bacarıb. Bu barədə “Bild” qəzeti yazır.

Məqalədə deyilir ki, Heinz adlı kişi Darmştadt şəhərində yaşayır və bütün görkəminə görə dilənçiyə oxşayır. O, yeməyə ayda 5 avrodan çox pul xərcləmir. Həyətlərdə zibilləri toplayıb daşıyır. 

Əvvəllər elektrik mühəndisi işləyib, indi isə ayda 3600 avro pensiya alır və tamamilə hər şeyə qənaət edir. Soyuq olanda evini odun tullantıları ilə qızdırır. Mobil telefonu yoxdur. Onun yeganə böyük xərci yutubda bizneslə məşğul olmaq və biznes mühazirələrinə baxmaq üçün internetə çıxışı olan noutbukdur.

Nəşrin yazdığına görə, zibillikdə eşələnən qoca vəsaitini artıraraq “Almaniyanın ən qəribə milyonçusu” olacaq. Onun biznes modeli ev almaq, təmir edib kirayə verməkdən ibarətdir. Aldığı evlərin təmir işlərini də özü görür.