İstanbul Beynəlxalq Hava Limanı Avropada yanvar ayı üzrə ən çox uçuş həyata keçirilən aeroport olub.
Bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) Avropa Aviasiya hesabatında bildirilir.
Hesabata görə, İstanbul aeroportu 2024-cü ilin yanvar ayında gündə orta hesabla 1308 uçuşla Avropanın hava limanları siyahısında birinci olub.
Sonrakı yerləri gündə orta hesabla 1201 uçuşla Londonun “Hitrou”, 1160 uçuşla Amsterdamın “Şiphol” və 1032 uçuşla Parisin “Şarl de Qoll” hava limanları tutub.
Bundan başqa, İstanbulun Sabiha Gökçen aeroportu gündə orta hesabla 596 uçuşla Avropanın ən sıx uçuş qrafiki olan hava limanları sırasında 10-cu olub.