Fevralın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Dövlət Rəqs Ansamblının konserti keçirilib.

Xalq artisti Rüfət Xəlilzadənin bədii rəhbəri olduğu Azərbaycan Dövlət Rəqs Ansamblı ilə bərabər səhnədə Əməkdar artist Fərid Əliyev, Aytən Bünyadova, İnarə Zeynalova, Gülnarə Əsgərova, Məleykə Məmmədova, Zərnigar İmanova, Aydəmir Aydəmirov, Həmid Qulamov, Rifan Qəhrəmanov, Orxan Səfərli, Seymur Nəbizadə və Şahruz Xaitov çıxış ediblər.

Konsertdə Azərbaycan xalq və bəstəkar rəqsləri ifa olunub.