«AtaTravel» MMC-nin təşkilatçılığı ilə Danimarkadan Azərbaycanın paytaxtına turist qrupu gəlib. «AtaTravel» MMC-nin nümayəndələri 4 gün ərzində qrupu Bakı şəhərinin görməli yerləri, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış ediblər.
Şirkətin baş direktoru Vüsal Əliyev səfərin əhəmiyyəti ilə bağlı danışaraq bildirdi ki, ölkəmizə gələn turistlərin coğrafiyasının getdikcə genişlənməsi ölkəmizə artan marağın göstəricisidir: «Ata Travel» xüsusən xarici ölkələrdən gələn gonaqlar üçün Azərbaycan üzrə maraqlı turlar həyata keçirir və bunlar getdikcə populyarlaşır».
Danimarkalı qonaqlar Bakıdakı möhtəşəm quruculuq işlərinin panoramına, onun qədim arxitekturasının ultramüasir qurğularla unikal ahənginə heyran qalıblar.
Qeyd edək ki, «AtaHolding» Şirkətlər Qrupuna daxil olan «AtaTravel» turizm şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkət dünyanın istənilən nöqtəsinə səfərlər üçün çoxsaylı xidmətlər təqdim edir, həmçinin öz müştərilərinə hotellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə fəaliyyət göstərir.
Fəxriyyə Abdullayeva