Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı ssenari müsabiqəsi davam edir.

Müsabiqənin məqsədi müharibənin taleyüklü dövründə sadə vətəndaşların mübarizəyə qoşulmasını və arxa cəbhə qəhrəmanlarının cəmiyyətə kino dili ilə tanıdılmasıdır.

Janr məhdudiyyəti olmayan müsabiqəyə təqdim olunan nümunələrin xronometrajı 52 dəqiqəni keçməməlidir.

Ssenarilər (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), əlaqə telefonu və e-mail ünvanı) birlikdə elektron variantda info@aki.az e-mail ünvanına “Arxa cəbhənin insanları” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim etməlidir. Bir müəllif maksimum üç ssenari təqdim edə bilər.

Müsabiqəyə son müraciət tarixi 1 may 2024-cü ildir. İlk seçimdən  keçən ssenarilər 1 iyul 2024-cü il tarixində, qalib ssenarilər isə Kino Günü – 2 avqust 2024-cü ildə elan olunacaq.

I, II və III yeri tutanlara müvafiq olaraq 2000, 1500 və 1000 AZN mükafat nəzərdə tutulub.