«Bu il turizmin inkişafı baxımından ölkəmiz üçün uğurludur. Qazandığımız nailiyyətlər, apardığımız işlər sübut edir ki, Azərbaycanın turizm sənayesi geniş inkişaf yolundadır. Ölkəmiz beynəlxalq təşkilatlarda öz mövqeyini möhkəmləndirməkdədir. Avropa ölkələri arasında ən yüksək səs toplayaraq DTT İcraiyyə Komitəsinə üzv seçilib”. Bu fikri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi.
   Nazir vurğuladı ki, eyni zamanda ölkə daxilində turizm infrastrukturu genişlənib: “Son günlər Prezident regionlara səfəri zamanı bir neçə hotelin açılışında iştirak etdi. Bildirdi ki, regional inkişaf vacib məsələdir. Xüsusilə də bir neçə regionu, Qəbələ, Şahdağ, Naftalan, Lənkəran, Şəmkiri qeyd etdi. Biz çalışacağıq ki, inkişaf tempini azaltmayaq».
   Ə.Qarayevin sözlərinə görə, bu ilin altı ayının nəticələrinə əsasən gələn turistlərin sayında azalma olmasa da, regionlarda yerləşən bəzi hotellərdə xidmətin səviyyəsi hələ də qaneedici deyil: «Bizim keçirdiyimiz monitorinq göstərdi ki, yay mövsümündə bir neçə hoteldə istədiyimiz səviyyədə xidmətlər təqdim olunmayıb, bəzi narazılıqlar olub. Mədəniyyət və Turizm Nazirliyinin işçı qrupu müvafiq dövlət qurumları ilə işləyir. Yəqin ki, bu ay müddətində bir neçə hotelin lisenziyasının ləğv olunması barədə qərar qəbul olunacaq. Onlara vaxt veriləcək, lisenziyanın alınması üçün müvafiq sənədləri hələ hazırlamayan hotellərin fəaliyyəti məhdudlaşdırılacaq. Artıq biz imkan verməməliyik ki, lisenziya ilə çalışan təşkilatlar, müəssisələr səviyyəsiz xidmət göstərsinlər. Ona görə də bilikli, savadlı, peşəkar mütəxəssislər hazırlamalıyıq ki, onlar turizm sənayesinin inkişafına töhfə versinlər”. 
   
  Fəxriyyə   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar